13 
Dek
2017
12:10
10
129
5812
Virtual karabakh

Əmək kitabçaları niyə ləğv edilmir?

13 Dek, 2017
12:10
5812

Əmək kitabçaları niyə ləğv edilmir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək kitabçası itirildikdə nə etmək lazımdır? Sonrakı iş yerinə təqdim etmək üçün CV olduğu halda, əmək kitabçası nəyə lazımdır? Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı aparıldığı halda, əmək  kitabçasının olması nə qədər vacibdir? Bu kimi suallara cavab almaq üçün insan resursları (HR) sahəsində fəaliyyət göstərən mütəxəssislərdən rəy aldıq. 

Orxan İsayev Oxu.Az-a bildirdi ki, əmək kitabçalarının ləğv olunacağı barədə 3 ildən çoxdur xəbərdarlıq edilib. Lakin hələlik bu istiqamətdə addım atılmayıb. Əmək kitabçalarının ləğv olunacağı gözlənilir.  O ki qaldı prosesin yubanmasına, bir sıra səbəblər var. Bəzən şirkətlər işçini əmək müqaviləsi ilə işə götürür, amma işçinin müqaviləsini DSMF və e-gov portalında rəsmilləşdirmirlər. Digər tərəfdən, problem əmək kitabçasında olan bütün məlumatların hələ də tam olaraq elektron sistemə daxil edilməməsidir. Bizdə bu istiqamətdə hələlik iş gedir". 

O ki qaldı əmək kitabçası itirilməsinə, işçi axırıncı iş yerinə  müraciət edə bilər və həmin işəgötürən 15 gün ərzində işçinin müraciətinə baxmalıdır.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri