13 
Dek
2017
17:49
27
204
8014
Virtual karabakh

Azərbaycanın səhiyyə nazirinin oğlu TOP-500-ə düşüb

13 Dek, 2017
17:49
8014

Azərbaycanın səhiyyə nazirinin oğlu TOP-500-ə düşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki azərbaycanlı iqtisadçı dünya üzrə islam iqtisadiyyatını bilən 500 iqtisadçı arasına düşüb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bu barədə “Islamica 500” hesabatında qeyd edilib.

Məlumatda deyilir ki, islam iqtisadiyyatı ilə məşğul olan 500 şəxs arasında “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin İdarə Heyəti sədrinin müavini Murad Şirəliyev və Rusiya “Sberbank”ının İdarə Heyəti sədrinin müavininin müşaviri olan Behnam Qurbanzadənin də adı yer alıb.

Qeyd edək ki, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin oğlu olan M.Şirəliyev 2015-ci ildə bu vəzifəyə təyin edilib.

B.Qurbanzadə isə bir müddət əvvəl "AFB Bank" ASC-nin yeni yaradılmış Xəzinədarlıq Departamentinin, daha əvvəl isə ABB-nin İslam bankçılığı Departamentinin direktoru olub.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri