13 
Dek
2017
23:22
50
243
26569
Virtual karabakh

ABŞ-dan dollarla bağlı – VACİB QƏRAR

13 Dek, 2017
23:22
26569

ABŞ-dan dollarla bağlı – VACİB QƏRAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

Oxu.Az xəbər verir ki, FED uçot dərəcəsini 1,25% səviyyəsindən 1,50%-dək artırıb.

Sonuncu dəfə FED iyunun 14-də  uçot dərəcəsini 0,75-1%-dən 1-1,25%- dək artırıb.

Bundan əvvəl FED martın 15-də uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1%-dək artırıb. 2016-ci ilin dekabrın 14-də isə tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75% artırılması barədə qərar qəbul edib.

Qeyd edək ki, uçot dərəcəsinin artırılması dolların məzənnəsinin möhkəmlənməsinə birbaşa təsir edir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri