14 
Dek
2017
08:39
22
93
1929
Virtual karabakh

Bitkoindən çirkli pulların yuyulmasında istifadə oluna bilər

14 Dek, 2017
08:39
1929

Bitkoindən çirkli pulların yuyulmasında istifadə oluna bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bitkoin etibarsız, yüksək dərəcəli spekulyativ aktivdir və o, çirkli pulların yuyulmasında istifadə oluna bilər.

Oxu.Az-ın xəbərinə görə, bunu ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) başçısı Canet Yellen bəyan edib.

"Hazırda beynəlxalq hesablaşmalarda bitkoin cüzi yer tutur.  Həmçinin bitkoin qanunvericiliklə tənzimlənməyən qeyri-sabit mənfəət mənbəyi kimi səciyyələndirilir. Federal Ehtiyatlar Sistemi bitkoinlə bağlı hər hansı tənzimləyici rol oynamaq fikrində deyil”, - deyə C.Yellen bildirib.

C.Yellen banklara qeyri-qanuni yolla əldə edilmiş maliyyə vəsaitlərinə qarşı çıxmağın vacibliyini xatırladaraq bəyan edib ki, çirkli pulların yuyulmasında bitkoindən də istifadə oluna bilər.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri