14 
Dek
2017
14:40
281
32
13727
Virtual karabakh

Köhnə mənzillərin əvəzinə premium evlər - VİDEO + FOTO

14 Dek, 2017
14:40
13727

Köhnə mənzillərin əvəzinə premium evlər - VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda paytaxtın bir sıra ərazilərində istismara yararsız köhnə evlərin və binaların sökülərək yeniləri ilə əvəzlənməsi yönündə pilot layihələr həyata keçirilməkdədir. Həmin layihələr üzrə vətəndaşların mənzil təminatının necə dəyişəcəyini, sökülən binalarda və fərdi evlərdə yaşayan sakinlərin kirayəyə yerləşdirilməsi şərtləri ilə maraqlandıq.

“Sipark-İnşaat”ın kardlar şöbəsinin rəhbəri Rizvan Abdullayev Oxu.Az-a açıqlamasında bildirdi ki, şirkət 2016-cı ildə Nərimanov rayon İcra Hakimiyyətinin sifarişi ilə Möhsün Sənani və Mirəli Qaşqay küçəsinin kəsişməsində, 5 girişli, 16 mərtəbəli binanın tikintisinə başlayıb. Sosial layihə olan bu kompleksin tikintisi ilə bağlı ərazidə yaşayan 125 nəfər sakin kirayə mənzillərə köçürülüb.

Məlum oldu ki, layihənin icrası müddətində  – 2 il ərzində sakinlərin aylıq kirayə haqlarının ödənilməsini şirkət öz üzərinə görürüb: “Bina hazır olduqda sakinlər tam təmirli mənzillərlə təmin olunacaqlar. Hazırda 13-cü mərtəbəyə qədər inşa işləri aparılıb. Sakinlərin mənzillərlə təminatı  ədalətli prinsiplə həyata keçiriləcək. Yəni sənədlərə əsaslansaq,  sakinlər var ki, mənzilləri 14-30 kvadratmetr olub. Layihə əsasında bu vətəndaşların mənzil təminatı da yaxşılaşdırılacaq. Belə ki, şirkət bu vətəndaşların ailə üzvlərinin sayını  nəzərə alaraq, onları 60-80 kv.m. mənzillə təmin edəcək. Ümumilikdə sakinlərin minimum 53, maksimum 80 kv.m. mənzillə təmin olunması nəzərdə tutulub”.

R.Abdullayev bildirdi ki, ikinci layihə Nərimanov Rayon İcra Hakimiyyətinin sifarişilə Təbriz küçəsi ilə Kazım Kazımzadə küçəsinin kəsişməsində yerləşir: “Bina 6 girişdən, 16 mərtəbədən ibarət olacaq. Bu binanın tikintisi ilə bağlı 158 ailə artıq kirayə mənzillərə köçürülüb. Onlara hər ay yaşadıqları mənzillərin kvadratmetrinə uyğun 300-600 manat arası kirayə haqqı ödənilir”. 

Şirkət rəsmisi deyir ki, ərazidə yerləşən 40-a yaxın qeyri-yaşayış obyeklərinin də söküntüsü ilə əlaqədar sahibkarlara aylıq kirayə haqqı verilir: “Bina hazır olduqda onlar qeyri-yaşayış ərazisi ilə təmin ediləcəklər.  Hərçənd ki, bu obyektlərin sənədləri qaydasında deyildi.  Sadəcə, “Sipark-İnşaat” layihənin icrası prosesində bütün vətəndaşların sosial haqlarını qorumağa çalışır”.

Layihələrin qısa müddətdə – 2 il ərzində təhvil veriləcəyini deyən R.Abdullayevin sözlərinə görə, tikinti prosesinin uzanması xərclər baxımından şirkətə sərf etmir: “Hazırda birinci binada inşa işləri aparılır. İkinci binanın tikintisinə başlamaq üçün söküntü həyata keçirilir. Yəni bütün qüvvəmizi səfərbər edərək layihələrin tamamlanmasına çalışırıq”.

Öyrəndik ki, hər iki layihə üzrə inşa edilən binalar premium sinfinə aiddir: “Binalar 9 bal gücündə zəlzələyə davamlıdır. Sakinlərə göstəriləcək xidmətlərə gəlincə, bunun başında da təhlükəsizlik dayanır. İstər həyətyanı sahənin, istər parkinqin təhlükəsizliyi, istərsə də binanın təhlükəsizliyi tam təmin ediləcək. Yəni kompleksin bütün ərazisi 24 saat ərzində videomüşahidə kameraları vasitəsilə mühafizə olunacaq. Bundan əlavə, gözəllik və üslub, rahatlıq və komfort "SİPARK" yaşayış kompleksinin başlıca üstünlükləridir. 16 mərtəbəli uca bina bütün norma və standartlara riayət olunmaqla layihələndirilib. Kompleksdə sərbəst quruluşa malik 1, 2, 3, 4, və 5 otaqlı mənzillər nəzərdə tutulur. Eləcə də, binada iki mərtəbəli yeraltı avtodayanacaq, uşaq əyləncə meydançası, uşaq bağçası, gözəllik salonu, fitnessklub, trenajor zalı, marketlər fəaliyyət göstərəcək. Ailələrin rahatlığını düşünərək, binanın hər bir girişində Avropa standartlarına cavab verən ən müasir, sürətli, səssiz işləyən 2 ədəd lift quraşdırılacaq. 

“Avtomobilsiz həyət”  konsepsiyası hər iki layihədə üstünlük verilən  məsələlərdəndir. Təbriz küçəsi ilə Kazım Kazımzadə küçəsinin kəsişməsində inşa ediləcək binanın ərazisi 1,7 hektardır. Bunun yarıdan çoxu yaşıllıq üçün nəzərdə tutulub. Yəni  sakinlərin sərəncamına istirahət üçün park ərazisi də veriləcək”.

R.Abdullayev layihə çərçivəsində satış üçün nəzərdə tutulan  mənzillərdən də söz açdı. Qeyd etdi ki, 53,3-212 kv.m.-ə qədər mənzillər satışa təklif olunub: “Alıcılar mənzillərin dəyərinin 30 faizini ödəməklə, 2-3 il müddətinə faizsiz kreditlə əldə edə bilərlər. Mənzillər təmirsiz təklif ediləcək. Lakin bu da alıcının istəyindən asılı olacaq. Yəni sifariş əsasında şirkət mənzili təmir edə bilər”. 

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri