14 
Dek
2017
15:40
38
297
9321
Virtual karabakh

Avtomobil bazarında qiymət artımı davam edir - SƏBƏB

14 Dek, 2017
15:40
9321

Avtomobil bazarında qiymət artımı davam edir - SƏBƏB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana ümumilikdə 9 828 ədəd avtomobil idxal olunub.

Oxu.Az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 5 008 ədəd və ya 2,04 dəfə artıb. Avtomobil idxalının artması bazardakı qiymətlərə necə təsir edib? 

Ramil Osmanlı Oxu.Az-a açıqlamasında bildirdi ki, avtomobil idxalının artımı qiymətlərin yüksəlməsinin qarşısını almır: “Avtomobil bazarında qiymət artımı davam edir. Bu, həm ilkin, həm də ikinci əl avtomobil bazarı üçün xarakterikdir. Bunun da səbəbi təklifin tələbi ödəməməsidir. Əvvəllər qiymət artımları maliyyə bazarlarında baş verən proseslərlə, yəni dolların dəyərinin yüksəlməsi ilə bağlı idisə, artıq səbəb dəyişib”.

R.Osmanlı vurğuladı ki, dolların manata nisbətdə güclənməsi, makroiqtisadi göstəricilərin zəifləməsi bazara pul axınını azaltdı: “İdxal kəskin şəkildə azaldı. 2014-2015-ci illərin göstəricilərinə nəzər salsaq, görərik ki, avtomobil idxalı azalıb. Hazırda ucuz və qiyməti əlçatan avtomobillərə tələb böyükdür. Bu da qiymət artımına gətirib çıxarır”. 

Məlum oldu ki, hazırda bazarda avtomobillər 2000 manatdan başlayaraq 300 min manata qədər qiymətlərlə təklif edilir. 

R.Osmanlı avtomobil salonlarının vəziyyətində dəyişikliyin olmadığını dedi: “İlkin avtomobil bazarında vəziyyət mürəkkəbdir. Avtomobillərə kredit ayrılması məhdudlaşdırılıb". 

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri