14 
Dek
2017
17:20
15
221
5880
Virtual karabakh

"Azərişıq"dan borclu abonentlərlə bağlı DƏQİQLƏŞDİRMƏ

14 Dek, 2017
17:20
5880

"Azərişıq"dan borclu abonentlərlə bağlı DƏQİQLƏŞDİRMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərişıq”ASC borclu abonentlərə xəbərdarlıq edib.  

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Oxu.Az-a verdiyi məlumata görə, fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dekabrın 19-da, saat 12:00-dan etibarən “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Bu isə abunəçilər arasında çaşqınlıq yaradıb. Belə ki, qaydalara əsasən, abonentlərə verilən bildirişlərdə borcun 30 gün müddətində ödənilməsi barədə xəbərdarlıq edilir.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, bu, köhnə borcu olan abunəçilərə aiddir.

“Əhali və qeyri-əhali abunəçilər cari ayın deyil, ondan əvvəl yaranmış borclarını ödəməsələr elektrik enerjinin verilişi dayandırılacaq. Abunəçilər köhnə borclarını ödəsələr, yenidən elektrik enerjisinin verilişi bərpa olunacaq”.

Tanrıverdi Mustafayev elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsinin vacib olduğunu deyib.

A.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri