15 
Dek
2017
12:17
132
68
14516
Virtual karabakh

Bakıda 750 manata “Opel”, 3700-ə “Jeep” SATILIR

15 Dek, 2017
12:17
14516

Bakıda 750 manata “Opel”, 3700-ə “Jeep” SATILIR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Elmlər Akademiyası balansında olan mərkəzə məxsus avtomobili 750 manata satışa çıxarıb.

Oxu.Az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi 9 yanvarda növbəti avtomobil hərracı təşkil edəcək. Hərracda özəlləşdirməyə təqdim edilən ən ucuz avtomobil AMEA-nın "Azərbaycan Ensiklopediyası" Elmi Mərkəzinin təqdim etdiyi "Opel Omeqa" markalı avtomobildir. Nəqliyyat vasitəsi üçün ilkin satış qiyməti 750 manatdır.

Bu hərracda Baş Prokurorluq da 2775 manata "Nissan Maksima" markalı avtomobili satışa təqdim edib. Dövlət Neft Fondu isə hərraca 1997-ci ilin "Jeep Grand Cherokee" markalı avtomobili çıxarıb. İlkin qiymət isə 3716 manatdır.

A.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri