15 
Dek
2017
17:55
22
146
1906
Virtual karabakh

"DəmirBank" 12 milyon AZN kredit verib

15 Dek, 2017
17:55
1906

"DəmirBank" 12 milyon AZN kredit verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

28 il Bank sektorunda uğurlu fəaliyyət göstərən "DəmirBank" hazırkı iqtisadi durum şəraitində kiçik və orta sahibkarlığı, fiziki şəxslərin maliyyələşdirilməsini həyata keçirir. Belə ki, son 4 ay ərzində Bank tərəfindən 12 milyon AZN həcmində yeni kreditlər verilib. Eyni zamanda, "DəmirBank" filialları vasitəsilə bu müddət ərzində 30 milyon AZN həcmində 35 000-dən artıq pul köçürülməsi həyata keçirilib. Bundan əlavə, sözügedən müddət ərzində müştərilərə 3000-dək yeni plastik kart verilib. 2018-ci ilə "DəmirBank" daha sərfəli şərtlər ilə yeni istehlak və biznes kredit məhsullarını hazırlayır və bu istiqamətdə işlər bir müddətdir ki, davam etdirilir.

Bankda mövcud stabil vəziyyət və dayanıqlı inkişaf proseslərinin dəstəklənməsi və növbəti illər ərzində də davam etməsi, yarana biləcək bütün təhlükələrin və risklərin qarşısının alınması üçün Bank səhmdarları tərəfindən "DəmirBank"ın məcmu kapitalının investorlar tərəfindən artırılması planı hazırlanıb və aidiyyəti Dövlət orqanlarına təqdim edilib. Bununla bağlı maliyyə sektorunun nəzarətçisi kimi çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Banka lazımı töhfələr və dəstək göstərilir. Hal-hazırda Bankın istənilən filiallarına yaxınlaşaraq müştərilər müxtəlif bank əməliyyatlarını rahat şəkildə həyata keçirə bilər. Bank hər gün 09:00-dan 17:00-dək, Bankın Mərkəz filialı isə 09:00-dan 00:00-dək bayram və qeyri-iş günləri fəaliyyət göstərir.  

Ölkənin ilk kommersiya banklarından olan "DəmirBank" 1989-cu ildən fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.
 
Bankla əlaqə saxlamaq üçün: 
Məlumat Mərkəzi :  (012) 149
http://www.demirbank.az
www.facebook.com/demirbank.az

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri