15 
Dek
2017
18:10
56
74
2990
Virtual karabakh

Mərkəzi Bank 2018-ci il üçün neftin qiymət proqnozunu artırdı

15 Dek, 2017
18:10
2990

Mərkəzi Bank 2018-ci il üçün neftin qiymət proqnozunu artırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Mərkəzi Bankı 2018-ci ilin baza ssenasirində neftin qiyməti üzrə proqnozunu 44 dollar/bareldən təxminən 55 dollar/barelə qədər artırıb.

Oxu.Az xəbər verir ki, bu barədə Report.az “RİA Novosti” agentliyinə istinadən məlumat yayıb. 

Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina bildirib ki, baza ssenarisində 2018-ci il üzrə neftin qiyməti qaldırılıb: "OPEC-in son vaxtlar əldə etdiyi razılığı nəzərə alaraq, gələn il neftin qiyməti üzrə proqnozu 44 dollar/barel əvəzinə bu ilin orta göstəricisinə yaxın - 55 dollar/barelə qədər artırmışıq. Bununla belə, ortamüddətli perspektivdə mühafizəkar yanaşmadan imtina etmək üçün əsasımız yoxdur”, - deyə o əlavə edib.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri