16 
Dek
2017
20:18
145
85
8537
Virtual karabakh

Bu ölkədə bazar günü ticarəti qadağan edilir

16 Dek, 2017
20:18
8537

Bu ölkədə bazar günü ticarəti qadağan edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 Polşa Senatı bazar günü ticarətini mərhələli şəkildə qadağan edən qanun layihəsinə səs verib.

Oxu.Az xəbər verir ki, bu barədə Report xarici mətbuata istinadən məlumat yayıb. 

İstisna olaraq bazar günlərində ancaq kiçik mağazalar işləyəcək. Qeyd edilir ki, Polşa bazar günlərində alış-verişdən tədricən imtina edəcək.

"KAN" agentliyi isə bundan əvvəl qanun layihəsinin Polşa parlamentinin aşağı palatası – Seymi tərəfindən təsdiqləndiyini bildirib.

Prosedur üç mərhələdən ibarətdir - 2018-ci ilin 1 martından ticarət mərkəzlərinə və supermarketlərə ancaq ayın birinci və sonuncu bazar günlərində işləməyə icazə veriləcək. 2019-cu ilin yanvarından isə yalnız ayın sonuncu bazar günü işləməyə icazə veriləcək. Sonuncu mərhələdə - 2010-ci ildə bazar günü ticarəti tamamilə qadağan olunacaq.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri