16 
Dek
2017
22:37
28
374
9042
Virtual karabakh

Bayram süfrəsinin əsas təamı bahalaşdı - VİDEO

16 Dek, 2017
22:37
9042

Bayram süfrəsinin əsas təamı bahalaşdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni illə əlaqədar bazarlara çıxarılan hinduşkanın qiyməti bahalaşıb.

Oxu.Az xezerxeber.az-a istinadən bildirir ki, ölkənin müxtəlif rayonlarından gətirilən quş ətinin qiymətinin baha olmasına baxmayaraq, alıcı təlabatı az deyil. Bəzi satıcılar bildirir ki, ötən illə müqayisədə hinduşka ətinin bir kiloqramı 3-4 manat arasında bahalaşıb.

Amma bazardan-bazara da qiymətlərdə fərq var. Bir yerdə hinduşkanın kiloqramını 10 manata, digər yerdə isə 12 manata təklif edirlər.

Əsasən İsmayıllı, Beyləqan, Saatlı və İmişli rayonlarından gətirilən quş ətinin baha olmasına səbəb kimi hinduşka saxlayanların az olması, eləcə də yemin baha olması göstərilir. Ancaq qiymətlərin artmasına baxmyaraq, satıcılar təlabatın artıdığını deyirlər.
Qiymətlərin baha olması, təbii olaraq alıcıların da narazılığına səbəb olub.

Satıcıların sözlərinə görə, bahalaşma qarşıdakı günlərdə də davam edəcək.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri