20 
Dek
2017
14:22
28
52
1817
Virtual karabakh

Biznes lisenziyalarının verilməsi sadələşdiriləcək

20 Dek, 2017
14:22
1817

Biznes lisenziyalarının verilməsi sadələşdiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Lisenziyalar və icazələr" portalının (www.lisenziyalar.gov.az) işə düşməsi ilə əlaqədar olaraq bir sıra mövcud qanunlara dəyişikliklər ediləcək. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu "Lisenziyalar və icazələr" portalının təqdimat mərasimində sahibkarların suallarını cavablandıran iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədovun sözlərinə görə, artıq müvafiq təkliflər Nazirlər Kabinetinə göndərilib və tezliklə qəbul edilməsi gözlənilir: "Gələn ilin mart ayına qədər dövlət qurumlarının portala inteqrasiyası prosesi başa çatmalıdır. Paralel olaraq "ASAN Xidmət" mərkəzlərində əməkdaşlarımız da çalışacaq. Əgər kiməsə xarici iqtisadi əməliyyatlar üçün lisenziya kağız formada lazım olacaqsa, həmin mərkəzlərdə çalışan əməkdaşlarımız həmin şəxsləri kağız formatda olan icazələrlə təmin edəcək".

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri