11 
Yan
2018
00:25
78
525
8186
Virtual karabakh

İşğal olunmuş ərazilərimizdə filiz yataqları genişlənir

11 Yan, 2018
00:25
8186

İşğal olunmuş ərazilərimizdə filiz yataqları genişlənir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2009-cu ildə təsdiq edilən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verilib”.

Oxu.Az xəbər verir ki, bunu yanvarın 10-da prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  “Azərkosmos” ASC-nin Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, bu da öz növbəsində, xarici dövlətlərin peyklərindən asılılığı aradan qaldırıb və “Azerspace-1” ölkənin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrilib.

“Azerspace-1” peyki ilə yanaşı, “Azersky” da suverenliyimizin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir. 2015-ci ildən etibarən “Azersky” peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir, həmçinin işğal olunmuş ərazilərimizdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Bundan başqa, ötən il Kəlbəcər və Zəngilan rayonları ərazisində yerləşən filiz yataqlarının kosmik monitorinqi həyata keçirilib və hasilat sahələrində baş vermiş genişlənmələr aşkar edilib”, -deyə R.Nəbiyev vurğulayıb.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri