12 
Yan
2018
10:21
92
39
23494
Virtual karabakh

Onlayn ticarətin birincisi seçildi

12 Yan, 2018
10:21
23494

Onlayn ticarətin birincisi seçildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kimin ağlına gələrdi ki, 23 il əvvəl internet vasitəsilə satılan ilk məhsul məhz kitab olacaq. Kitabla başlayan, adət etmədiyimiz alış-veriş ənənəsinə ağlınıza gələn və gəlməyən milyonlarla məhsul, alıcı və satıcı qoşulacaq.

Bu gün nəhəng okeana bənzəyən onlayn alış-veriş məkanları işimizi bir xeyli asanlaşdırıb. Məsələn, mağazalar evimizin içinə yol tapır, seçdiyimiz məhsullar ayağımıza qədər gəlir, alış-veriş zamanı pulumuzun təhlükəsizliyi qorunur, ən əsası, vaxtımızan qənaət edirik. Necə deyərlər, nə vaxtımız əbəs yerə xərclənir, nə də səbrimiz!

İndi isə təsəvvür edin ki, Bakıda yerləşən yüzlərlə mağaza əlinizin altındadır. Gördüyünüz iri ticarət mərkəzləri, bir-bir gəzib baxmağa ərindiyiniz yüzlərlə butik, çeşid-çeşid məhsullar bir toxunuşla kompüterin ekranında görünür. Məhz Azərbaycanın ilk onlayn ticarət mərkəzi – shop.az,  mağazalarda nə var, nə yox, sizə xəbər verir!

Shop.az qısa müddətdir ki, fəaliyyət göstərməsinə baxmayaraq, 25.000 məhsul ilə 135 mağazanı sayta qoşub, hələ bu azmış kimi Milli İnternet Mükafatı – Millinet-də Elektron Ticarət nominasiyası üzrə qalib olub. Çünki shop.az komandası öz işini çox yaxşı bilir.

Yüzlərlə mağazanı bir ünvanda toplayan ilk yerli onlayn ticarət mərkəzi shop.az-ın direktoru Ramiz Əlili işin “mətbəx”indən danışır:

Bakı elə də böyük şəhər deyil. Amma şəhərin bir nöqtəsində yerləşən mağazadan digərinə getmək xeyli vaxt aparır. Shop.az-ın da əsas məqsədi budur - Bakının ayrı-ayrı yerlərinə səpələnmiş mağazaları bir ünvanda toplamaq, təbii ki, nəticədə alıcıların vaxtına qənaət etmək. Yəni shop.az bir növ iri ticarət mərkəzlərində gördüyünüz mağazaların onlayn vitrinidir. Alıcılar saytımıza daxil olurlar, mağazalarda nə var, nə yox, bizdən öyrənirlər. Beləcə, shop.az ilə həm vaxtlarına və həm də enerjilərinə qənaət edirlər.

 Bazara bir addım öndə daxil olmaq üçün shop.az işini necə qurub?

– Düzünə qalsa, bazar boşdur və hazırda rəqibimiz yoxdur. Boş bazara daxil olmaq həm əlverişlidir, həm də asandır. Ən azı, enerjimizi rəqabətə deyil, məhz işimizə yönəldirik. Amma qarşılaşdığımız çətinliklər də az deyil. Məsələn, insanlar onlayn ticarət mərkəzi anlayışına hələlik öyrəşməyiblər. Onları ideya ilə tanış etmək, alıcıları bu fikrə yönəltmək, onun üstünlüklərini göstərmək lazımdır.

Məsələn, əgər mağazaya getmisinizsə, bu, o demək deyil ki, siz orada olan bütün malları görmüsünüz. Mağazalarda o qədər mal var və sayı o qədər çoxdur ki seçim etmək elə də asan deyil. Müasir texnologiyaların köməyilə insanlar artıq öz həyatlarını asanlaşdırır. Eləcə də, ticarətdə. Bizim əməyimizin sayəsində indi azərbaycanlı alıcılar uyğun zamanda, uyğun məkanda, rahat şəkildə onlara lazım olan mallara baxa, müxtəlif parametrlərə görə  sinifləndirə bilər: qiymətinə, ölçüsünə, rənginə və malın müxtəlif xüsusiyyətlərinə görə.

 “Onlayn ticarət mərkəzi” və “internet mağaza” – alıcılar bunları bir-birindən necə fərqləndirə bilərlər?

– Bu məsələyə aydınlıq gətirim. Shop.az mağaza deyil və məhsul satışı ilə məşğul olmur. Shop.az mağazalarda satılan məhsulları bir yerə toplayır, yüzlərlə mağazalarda keçirilən kampaniyalar və endirimlər barədə məlumatı alıcıların rahatlığı üçün vahid ünvanda – Shop.az-da yerləşdirir. Bizim saytda təqdim olunan qiymətlər internet mağazanın qiyməti yox, məhz fiziki mağazaların qiymətləridir, çünki bizim sayt yalnız platforma rolunu daşıyır və heç bir mağazanın qiymət siyasətinə qarışmır.

 Sirr deyil ki, istənilən ticarət mərkəzinə daxil olanda gözümüz qırmızı tabloda iri hərflərlə yazılan “ENDİRİM” sözünü axtarır. Endirimlərdən söz düşmüşkən, deyəsən, shop.az saytında da belə bir bölmə var.

– Bu gün Azərbaycanda mağazalarda məhsullara olan endirimləri bir ünvanda toplayan platforma yoxdur. Üstəlik, çox zaman mağazalardakı endirimlərə aldanırıq. Məsələn, mağazanın vitrinində iri, bəzəkli rəqəmlərlə “70% endirim” yazılır. Birincisi, mağazaya daxil olanda, endirimli məhsulu çox çətinliklə tapırıq. İkincisi, mağazada cəmi 5-6 məhsul endirimə qoyulur.  Beləcə, alıcı düşünür ki, əbəs yerə vaxt sərf edib, bu qədər yolu gəlib.

Qeyd edim ki, endirim bölməsində mağazalardan aldığımız məlumatları yerləşdiririk. Nəticədə, alıcılar aldanmır və hansı mağazada hansı məhsulun endirimdə olması barədə dəqiq məlumat alır. Bu arada, alıcılarımızın nəzərinə çatdırım ki, hazırda shop.az-da 15-dən çox mağazanın təqdim etdiyi 1700 məhsul endirimdədir.

P.S. Söhbət əsnasında məlum oldu ki, shop.az-da həm də bloq bölməsi var. Bu bölmə əsasən alıcıların maraqlarından çıxış edir. Necə? Deyək ki, siz telefon almaq istəyirsiniz. Amma hansı telefonun işinizə yarayacağını bilmirsiniz. Özünüzü çətinə salmayın, shop.az-da bloq bölməsi işinizi də, seçiminizi də asanlaşdıracaq. Çünki bloqun məqsədi məhz siz alıcılara satılan məhsullar haqqında ətraflı məlumat verməkdir. Məhsul haqqında nə qədər məlumatınız çox olsa, alış-veriş zamanı bir o qədər rahat seçim edəcəksiniz. Deməli, shop.az nəinki vaxtınıza qənaət edir, həm də seçiminizi asanlaşdırır.

Alan razı, bəs satan?

Shop.az alıcıların maraqlarını düşündüyü qədər ayrı-ayrı mağaza sahiblərinin biznesinin düzgün istiqamətləndirilməsi üçün də çalışır. Məsələn, vaxta qənaət alıcılar üçün hesablanıbsa, məhsulun effektiv təqdimatı satıcılar üçün nəzərdə tutulub. Bir sözlə, shop.az şirkətləri sayt qurmaq üçün ayrılan xərclərdən, kontent yığmaq üçün sərf olunan zamandan, alıcı cəlb etmək üçün aylarla hazırlanan reklamlardan xilas edir.

Bu iki istiqamət şirkətin loqosunda da öz əksini tapıb. Belə ki, loqoya baxanda bir qrup insan məhsulun etiketini, digər qrup insan isə alış-veriş səbətini görür. Deməli, şirkətin loqosu iki fərqli, eyni zamanda iki düzgün yanaşmanı özündə əks etdirir. Alıcıları da razı salır, mağazaları da.

 Altı ay elə də uzun müddət deyil. Bununla belə, illərdir bazarda olan rəqiblərinizi geridə qoyub, Milli İnternet Mükafatını qazanmağı bacarmısınız. Uğura gedən yol haradan keçdi?

– Təbii ki, öz işini bilən komandamızdan. Shop.az saytı üç dildə fəaliyyət göstərir. Onlayn ticarət mərkəzi üçün bu, on minlərlə kontent, dayanmadan çalışmaq, axtarış, zəhmət deməkdir. Baxın, əksər alış-veriş saytları beş il əvvəl hansı dizaynla işə başlayıbsa, bu gün də o formada işlərini davam etdirir. Bu isə düzgün deyil. Shop.az komandası saytın dizaynını, onun bölmələrini daim yeniləyir və yenilikdən qorxmur. Çünki alıcılarımızın tələbləri artır. Bizim üçün də əsas budur – alıcıların shop.az-dan istifadəsini maksimum rahat və asan etmək, eyni zamanda, alıcılarımızın tələblərinə uyğun təkliflər irəli sürmək.

 Sonda onlayn ticarətlə məşğul olmaq istəyənlər üçün üç açar məsələhətinizi bölüşməyinizi istəsək...

– Birincisi, onlayn ticarətin gələcəyi var. Elektron ticarət sahəsində Azərbaycan bir sıra ölkədən geri qalsa da, bazarın adaptasiyası sürətlidir. İkincisi, mağazalar vaxtını, enerjisini səhv istiqamətə yönəltməsinlər, yəni onlayn marketinqin incəliklərini öyrənmək, bunun üçün inanılmaz resurslar sərf etmək ticarətdən kənar fəaliyyətdir. Bu, tam başqa bir biznesdir. Bu məqsəd üçün bizim təklif etdiyimiz alətdən lazımınca istifadə edərək rəqiblərini geridə qoymaq və bütün enerjilərini məhz öz bizneslərinə yönəltməlidir. Shop.az mağazaların istəyini nəzərə alaraq platforma yaradıb. Üçüncüsü, dəyərli alıcılarımız, mağazalarda nə var, nə yox, shop.az-dan öyrənin. Çünki axtardığınız endirimlər, kampaniyalar, mağazalardakı məhsullar haqda düzgün və dolğun informasiya məhz shop.az-dadır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri