13 
Yan
2018
01:51
231
46
11731
Virtual karabakh

Zukerberq özünü üç milyard dollar ziyana saldı

13 Yan, 2018
01:51
11731

Zukerberq özünü üç milyard dollar ziyana saldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mark Zukerberqin “Facebook”un xəbər lentinə ediləcək dəyişikliklər barədədə verdiyi məlumat onu 2.9 milyard dollar ziyana salıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunur ki, Zukerberqin rəhbəri olduğu şirkətin aksiyaları 3.9 faiz ucuzlaşıb. Beləliklə, onun sərvəti 77.3 milyard dollardan 74.4 milyard dollara düşüb.

Xatırladaq ki, Mark Zukerberq öz sosial media hesabında bildirib ki, “Facebook” sosial şəbəkəsinin xəbər lentində daha çox dost və ailə üzvlərinin paylaşımları görünəcək.

“Biz sosial şəbəkəni bu istiqamətdə ötən ildən dəyişməyə başlamışıq, lakin bu məqsədlə bütün məhsullarımızda dəyişiklik etmək üçün aylar lazım gəldi”, – deyə məlumatda bildirilir.

O əlavə edib ki, əsas dəyişikliklər xəbər lentində nəzərə çarpacaq, orada daha çox dostlardan, ailə üzvlərindən və qruplardan paylaşımlar görünəcək.

Zukerberq xatırladıb ki, “Facebook” insanların bir-birinə yaxın olması üçün yaradılıb, lakin son zamanlar istifadəçilər daha çox şirkətlər, xəbər nəşrləri və bredlərin paylaşdığı tərkiblərin sosial şəbəkədən istifadəyə mane olduqlarından şikayət etməyə başlayıblar.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri