15 
Yan
2018
18:00
94
37
1557
yuxarı
Xarici valyutada əmanətlərin həcmi azalıb
15 Yan, 2018
18:00
1557
94
37
Xarici valyutada əmanətlərin həcmi azalıb
Ötən ilin sonuna banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 370,6 mln. manat olub.
Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, əmanətlərin 2 mlrd. 285,5 mln. manatı milli valyuta, 5 mlrd. 85,1 mln. manatı xarici valyuta ilə yerləşdirilib.
2016-cı ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 768,3 mln. manat artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 846,3 mln. manat azalma baş verib. Belə ki, 2016-cı ilin 11 ayında banklara qoyulan xarici valyutadakı əmanətlərin həcmi 6 mlrd. 175.3 milyon manat olub.
L.Ə.
www.oxu.az