17 
Yan
2018
14:07
17
186
3801
Virtual karabakh

“Beynəlxalq Bank” Qazaxıstanın borcunu 15 ilə qaytaracaq

17 Yan, 2018
14:07
3801

“Beynəlxalq Bank” Qazaxıstanın borcunu 15 ilə qaytaracaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Beynəlxalq Bankı”nın Qazaxıstana olan borcu 15 il müddətinə uzadılıb.

Oxu.Az Kazinform-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının maliyyə  naziri Baxıt Sultanov ölkə parlamentinin plenar iclasında etdiyi çıxışda danışıb.

Nazirin sözlərinə görə, borc yığılan vəsait Qazaxıstan üçün itirilmiş hesab olunmur.

“Əslində, biz bu pulları itirməmişik, bank özü iflasa uğrasaydı, onda itki təhlükəsi yaranardı. Hal-hazırda bankın bu istiqrazları  Azərbaycanın suveren istiqrazlarına dəyişdirilib”.

“Nəticədə 3.5 faizlə 250 milyon dollar  borcun ödəniş vaxtı 15 il müddətinə uzadılıb, bu sənədlər  likviddir”, – deyə Baxıt Sultanov bildirib.

“Bu vəsaitləri itirdiyimizi demək düzgün deyil, bəli, məbləğdə müəyyən fərq olacaq, ancaq əsas məbləği itirməmişik, beynəlxalq faiz dərəcəsi olan 3.5 faiz çıxılacaq”, – deyə nazir əlavə edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri