19 
Yan
2018
11:30
174
67
28996
Virtual karabakh

DGK-nın Vergilər Nazirliyinə birləşdiriləcəyi ilə bağlı xəbərlərə - MÜNASİBƏT

19 Yan, 2018
11:30
28996

DGK-nın Vergilər Nazirliyinə birləşdiriləcəyi ilə bağlı xəbərlərə - MÜNASİBƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir çox ölkələrdə Gömrük Komitəsi fərqli statuslarda fəaliyyət göstərir.

Oxu.Az xəbər verir ki, bunu gömrük komitəsinin sədri Aydın Əliyev Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdiriləcəyi yönündə mətbuatda yer alan xəbərlərlə bağlı jurnalistlərin sualına cavabında deyib.

Sədr qeyd edib ki, bu məsələ hökumətdə təhlil edilməli və ondan sonra qərar verilməlidir:

“Gömrük Komitəsi fiskal orqandır və bəzi ölkələrdə Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Gömrük xidməti ABŞ-da, bəzi Avropa ölkələrində Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Bəzi Avropa ölkələrində isə İqtisadiyyat və ya Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərir. Gömrük işçiləri xalqın və hökumətin əsgəridir. Harada desələr, orada da fəaliyyət göstərəcəyik”.

Leyla Əliyeva
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri