19 
Yan
2018
11:00
27
151
5135
Virtual karabakh

Gömrük Komitəsi ilə Statistika Komitəsinin rəqəmləri üst-üstə düşmür

19 Yan, 2018
11:00
5135

Gömrük Komitəsi ilə Statistika Komitəsinin rəqəmləri üst-üstə düşmür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gömrük Statistikasında indiyə qədər neftin ixracı ilə bağlı 100 barel də uyğunsuzluq olmayıb.

Oxu.Az-ın xəbərinə görə, bunu Gömrük Komitəsi sədrinin müavini Səfər Mehdiyev Dövlət Neft Şirkəti ilə komitənin neft ixracı ilə bağlı rəqəmlərinin üst-üstə düşməməsinə aydınlıq gətirərkən deyib:

“Gömrük Komitəsi bəyan olunmuş neftin həcmini göstərir. Statistika Komitəsində həm ixrac, həm də bəyan olunmuş neftin ümumi həcmi qeyd edilir. Neft, qaz əməliyyatlarının bəyan olunması 3 ay çəkir”.

Komitə sədri deyib ki, Azərbaycanda nəinki neft və qaz, hər idxal edilən məhsulun qeydiyyatı aparılır:

“Neft və enerji məhsullarının ixracı ilə bağlı konsorsium tərəfindən Dövlət Gömrük Komitəsinə məlumat verilir”.

Qeyd edək ki, DGK-nın məlumatına əsasən 2017-ci ildə Azərbaycandan 27,2 milyon ton neft, SOCAR-ın məlumatına görə isə 31,2 milyon ton neft ixrac edilib.

Leyla Əliyeva
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri