19 
Yan
2018
11:13
216
58
4514
Virtual karabakh

Aydın Əliyev: 20 gömrük əməkdaşına cinayət işi açılıb

19 Yan, 2018
11:13
4514

Aydın Əliyev: 20 gömrük əməkdaşına cinayət işi açılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ötən il 20-yə yaxın gömrük əməkdaşına qarşı cinayət işi açılıb.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

O bildirib ki, 10 nəfərlə bağlı birbaşa prokurorluq orqanlarına şikayət olunub, digər yeddi nəfərlə bağlı isə Komitənin daxilindəki İstintaq İdarəsində araşdırma aparılıb.

A.Əliyev qeyd edib ki, hesabat ilində Apellyasiya Şurasına gömrükdən şikayət daxil olmayıb, 2 770 kq-dan çox narkotik maddə və psixotrop maddələr aşkar olunub: “2 tondan yuxarı çətənə kolu, 100 kiloqramdan da çox heroin müsadirə edilib. Ümumilikdə 2,7 kiloqram qaçaqmalın ölkədən çıxarılması qarşısı alınıb. Ötən il gömrük orqanları tərəfindən 1,2 milyon manatlıq qızıl, 1 milyon dollar valyuta ölkədə çıxarılmasının qarşısı alınıb”.

Leyla Əliyeva
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri