19 
Yan
2018
12:54
145
423
7012
Virtual karabakh

Azərbaycana bir blokdan artıq siqaret gətirmək qadağan olunacaq

19 Yan, 2018
12:54
7012

Azərbaycana bir blokdan artıq siqaret gətirmək qadağan olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Gömrük Komitəsi şəxsi istehlak üçün gətirilən siqaretin sayının azaldılması ilə bağlı qanunvericiliyə dəyişikliyin edilməsini təklif edir.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev şəxsi istehlak üçün gətirilən siqaretin üç blokdan bir bloka qədər endirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliyin edilməsi üçün Milli Məclisə müraciət edəcəklərini deyib.

O deyib ki, dəfələrlə ölkəyə qeyri-qanuni yollarla tütün və tütün məhsullarının gətirilməməsi ilə bağlı xəbərdarlıqlara baxmayaraq, belə məhsulların idxalında azalma müşahidə edilmir:

“Müşahidə edilib ki, sərhəd bölgələrə yaxınlaşdıqca əhalinin kənd təsərrüfatı sektoruna marağı azalır. Bu gün şəxsi istifadə üçün vətəndaşlar üç blok siqaret gətirilə bilər. Ancaq bəzən insanlar bundan sui-istifadə edirlər. Bunları nəzərə alaraq Milli Məclisə müraciət edəcəyik. İnanırıq ki, bizim bu təklifimiz qəbul ediləcək”.

Leyla Əliyeva 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri