Fev
2018
15:08
153
204
14526
Virtual karabakh

“Beynəlxalq Bank”da yeni təyinat

9 Fev, 2018
15:08
14526

“Beynəlxalq Bank”da yeni təyinat

“Azərbaycan Beynəlxalq Bankı”nda yeni baş direktor təyin olunub.

Oxu.Az xəbər verir ki, bu vəzifəyə Azərbaycan Banklar Assosiasiyasının “Tədris strategiyaları və İnsan Resursları üzrə” ekspert qrupun sədri olan Aynur Süleymanlı təyinat alıb.

O, ABB-nin İnsan resursları və administrasiya üzrə baş direktor vəzifəsini icra edəcək.

Qeyd edək ki, A. Süleymanlı dörd il beynəlxalq şirkətdə marketinq tədqiqatları sahəsində çalışıb. Daha sonra o, 2005-ci ildə “AccessBank”da insan resursları üzrə mütəxəssis vəzifəsində fəaliyyətə başlayıb və icraçı direktor vəzifəsinədək yüksəlib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri