13 
Fev
2018
12:26
188
21
2668
Virtual karabakh

Azərbaycanda vergi yoxlamalarının sayı azaldılacaq

Dövlət yaratdığı imkanlar qarşısında vergi ödəyicilərindən şəffaflıq tələb edir. Biz kəmiyyət etibarilə vergi yoxlamalarını azaldacağıq. Lakin bu, nəzarətin zəifləyəcəyi demək deyil.

Oxu.Az xəbər verir ki, bunu Vergilər Nazirliyinin “Vergilər, şəffaflıq, inkişaf” adlı konfransında çıxış edən nazir Mikayıl Cabbarov deyib: 

“Vergi yoxlamalarının sayını azaltmalıyıq və azaldacağıq, biznes yoxlamaları azaldılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi məqsəd deyil.

İkili mühasibatlığın aparılması, kölgə iqtisadiyyatı, vergidən yayınma yolverilməzdir. Biz bilirik ki, bunu bir günə, bir həftəyə, bir aya etmək mümkünsüzdür. Həmin prosesdə Vergilər Nazirliyi sizə dəstək verə bilər”. 

Leyla Əliyeva
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri