19 
Fev
2018
17:53
219
44
1506
Virtual karabakh

İyulda ilk kommersiya qazı Türkiyəyə çatdırılacaq

19 Fev, 2018
17:53
1506

İyulda ilk kommersiya qazı Türkiyəyə çatdırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin iyul ayının əvvəlində Türkiyəyə Trans-Anadolu Boru Kəməri (TANAP) ilə ilk kommersiya qazı çatdırılacaq.

Oxu.Az xəbər verir ki, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “Reuters” agentliyinə bildirib.

O qeyd edib ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi (TAP) vaxtında, 2020-ci ildə istismara veriləcək.

V.Bəylərbəyov konsorsiumun layihə üçün maliyyə axtarmağa davam edəcəyini də söyləyib.

Məlum olub ki, Azərbaycanda “Abşeron”, “Ümid” və “Babək” yataqları işləndikcə Cənub Qaz Dəhlizi genişləndirilə bilər:

“Bu il SOCAR və “Statoil” arasında “Qarabağ” yatağı ilə bağlı saziş imzalana bilər. Bir çox xarici şirkət Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid-Babək” blokunun Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə işlənməsinə maraq göstərir və həmin şirkətlərlə danışıqlar aparılır”.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri