20 
Fev
2018
11:42
73
24
3867
Virtual karabakh

Hesablama Palatası iki qurumu yoxladı

20 Fev, 2018
11:42
3867

Hesablama Palatası iki qurumu yoxladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

Palatadan Oxu.Az-a verilən məlumata görə, iclasda “Azərsu” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinə dair, ləğv prosesində olan “Gəncəbank”, “Parabank”,  “Bank Technique” və  “RoyalBank” ASC-lərin əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda  aparılmış  audit tədbirlərinin nəticələrinə dair Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.  

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq edilib.

Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli  Məclisə təqdim olunması qərara alınıb.

Kollegiyada aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub, müvafiq qərarlar qəbul edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri