21 
Fev
2018
17:33
104
44
4423
Virtual karabakh

“AFB Bank”ın departament rəhbərlərinin vəzifələri dəyişdirilib – YENİLƏNİB

21 Fev, 2018
17:33
4423

“AFB Bank”ın departament rəhbərlərinin vəzifələri dəyişdirilib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“AFB Bank”ın kredit və təminat departamentlərinin rəhbərlərinin vəzifələrindən azad edilməsi barədə xəbər vermişdik. 

Bankdan Oxu.Az-a verilən məlumata görə, bu şəxslər bankın işindən uzaqlaşdırılmayıblar.

Struktur dəyişikliyi ilə əlaqədar Qəhrəman Abbasov və Mübariz Bayramov yaradılmış yeni şöbələrə rəhbər təyin ediliblər. 

Qəhrəman Abbasov Təsərrüfat Departamentinin təhcizat şöbəsinin, Mübariz Bayramov isə Kreditlərin Təhlili Departamentinin portfelə nəzarət şöbəsinin rəhbəri vəzifəsinə gətiriliblər. 

13:16

“AFB Bank”da kredit və təminat departamentlərinin rəhbərləri vəzifələrindən azad edilib.

Oxu.Az banka istinadən xəbər verir ki, bunlar Kredit departamentinin direktoru Mübariz Bayramov və Təminat departamentinin direktoru Qəhrəman Abbasovdur. 

Onların yerinə təyinat aparılmayıb.

Nəzərə çatdıraq ki, “AFB Bank” ASC 2017-ci ili zərərlə bitirib. Bankın 1 yanvar 2018-ci ilə olan maliyyə hesabatına əsasən  ötən il ərzində 24,674 mln. manat ümümi faiz gəliri əldə edib.

Bu da 2016-cı il ilə müqayisədə daha 8 mln. daha çox faiz gəlir əldə etməsi deməkdir. Lakin kommersiya bankı bu göstərici ili ötən ilki xərclərini qarşılaya bilməyib – ili 12,19 mln. manat xalis zərərlə bitirib.

Bankın cəmi kapitalı ilin ilk rübündə 82, 173 mln manat təşkil etdiyi halda ilin sonunda  67,58 mln. həcminə düşüb. Bankın zərəri balansında olan 9,4 mln. manat bölüşdürülməmiş mənfəəti yoxa çıxarmaqla yanaşı 4,8 milyon manat əlavə yığılmış zərər ortaya çıxarıb.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri