21 
Fev
2018
16:52
134
29
2084
Virtual karabakh

“Şahdəniz”lə bağlı quruda işlər tamamlanıb

21 Fev, 2018
16:52
2084

“Şahdəniz”lə bağlı quruda işlər tamamlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şahdəniz”in ikinci fazasından gündəlik 2,8 milyon kubmetr qaz hasil ediləcək. 

Oxu.Az xəbər verir ki, bunu BP-nin “Şahdəniz-2” layihəsi üzrə baş meneceri Rəhman Rəhmanov bildirib. 

O deyib ki, “Şahdəniz” yatağından hasil edilən qazın terminaldan gündəlik ixrac gücü 1 mln. kubfut təşkil edir. “Şahdəniz-2” fəaliyyətə başlayanda onun ötürücülük gücü gündəlik olaraq daha 1,8 mln. kubfut artacaq.

R.Rəhmanov bildirib ki, indiyədək terminalın genişləndirilməsi üzrə mexaniki işlər 100 faiz tamamlanıb:

“Terminalda “Şahdəniz-2”nin istismara verilməsi üzrə işlər 94,5 faiz görülüb. Səngəçal terminalında işlərə 2014-cü ildə başlanılıb. Bu işlərin görülməsinə 9,5 min nəfər cəlb edilib. İşlər çərçivəsində 2,2 milyon metr kabel, 134 kilometr uzunluğunda boru kəməri və 19 min ton metal konstruksiya qoşulub. 2018-ci ilin ikinci rübünün sonunda “Şahdəniz” yatağından təbii qazın verilişinə başlanacaq”. 

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri