13 
Mar
2018
14:13
48
31
2614
Virtual karabakh

Azərbaycanda iki xarici bankın əsas səhmdarının reytinqi aşağı endirildi – ŞƏRH

13 Mar, 2018
14:13
2614

Azərbaycanda iki xarici bankın əsas səhmdarının reytinqi aşağı endirildi – ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, beynəlxalq kredit dərəcələndirmə təşkilatı “Moody 's”  Türkiyənin kredit notunu “Ba1” səviyyəsindən “Ba2”-yə, kredit  görünüşünü isə “neqativ”dən “stabilə” dəyişib. 

Oxu.Az-ın məlumatına görə, reytinq agentliyi, eləcə də, “Yapı Kredi Bank”ın və “Ziraat Bank”ın reytinqlərini endirib. 

Belə ki, agentlik hər iki bankın xarici valyutada uzunmüddətli yüksək təminatlı borc reytinqini və milli valyutada depozit reytinqini “Ba1” səviyyəsindən “Ba2” səviyyəsinə salıb.

“Moody's” un hesabatına əsasən, “Yapı Kredi Bank”ın xarici valyutada uzunmüddətli depozit reytinqi “Ba2” səviyyəsindən “Ba3” səviyyəsinə düşüb, reytinq üzrə proqnozu isə “neqativ”olub.

Bankın reytinqinin aşağı salınmasına təsir göstərən əsas amil kimi əməliyyat mühitinin zəifləməsi göstərilib.

Türkiyənin digər böyük bankı “Ziraat Bank”a gəlincə, agentlik maliyyə qurumunun xarici valyutada uzunmüddətli depozit reytinqini “Ba2” səviyyəsindən “Ba3” səviyyəsinə endirib, reytinq üzrə proqnoz “neqativ”dən “stabil”ə yüksəldib.

“Moody 's” un hesabatında qeyd olunur ki, bankın bu reytinqi dövlətin suveren reytinqinin aşağı salınması ilə ehtiyac yarandığı halda dövlət dəstəyinin zəifləyəcəyini əks etdirir. 

Bildirək ki, “Yapı Kredi Bank”ın, eləcə də, “Ziraat Bank”ın Azərbaycanda törəmə bankları fəaliyyət göstərir. Ötən il “Yapı Kredi Bank Azərbaycan” QSC-nin mənfəəti 10 milyon 110 min manat, "Ziraat Bank Azərbaycan" ASC-nin mənfəəti 4 milyon 63 min manat olub.  

Hər iki bankın əsas səhmdarının reytinqinin aşağı salınmasının Azərbaycandakı törəmələrinin fəaliyyətinə necə təsir edəcəyini Oxu.Az-a dəyərləndirən ekspert Əkrəm Həsənov bildirdi ki, “Moody's” tərəfindən təyin edilən reytinq elə də aşağı deyil: 

“Azərbaycan banklarının reytinqi bundan da aşağıdır. Ancaq fəaliyyətlərini davam etdirirlər.

Bütün hallarda hər iki bankın xarici valyutada uzunmüddətli yüksək təminatlı borc reytinqinin və yerli valyutada depozit reytinqini “Ba1” səviyyəsindən “Ba2” səviyyəsinə endirilməsi müəyyən problemlərin olduğunu göstərir”.

Ə.Həsənov deyir ki, “Ziraat Bank”ın Azərbaycandakı törəməsinin kapital probleminin olduğuna dair fikirlər mövcuddur: 

“Bu bankın kapitalı qanunvericiliklə tələb olunan məbləğdən aşağıdır”. 

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri