14 
Mar
2018
11:29
37
57
2693
Virtual karabakh

Qida Təhlükəsizliyi Agentliyinin loqosu təqdim edildi – FOTO

14 Mar, 2018
11:29
2693

Qida Təhlükəsizliyi Agentliyinin loqosu təqdim edildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Bakı Media Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Oxu.Az xəbər verir ki, əməkdaşlıq memorandumu tərəflərin qarışılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, möhkəmləndirmək niyyətinə əsaslanaraq ictimaiyyətlə əlaqələrin qurulması və idarə edilməsi məqsədi daşıyır.

Tədbirin açılış nitqində Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi sahəsində innovativ layihələrin icra ediləcəyini, geniş maarifləndirmə aksiyalarının aparılacağını deyib.

O bildirib ki, bu işlər sayəsində vətəndaşlar qida məhsullarını daha şüurlu şəkildə istifadə edəcəklər.

Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin loqosu ictimaiyyətə təqdim edilib.

Qeyd edək ki, loqoda qida təhlükəsizliyinin əsas anlayışlarından olan qida zənciri və bərəkət rəmzi olan sünbülün elementlərindən istifadə olunub.

Leyla Əliyeva
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri