14 
Mar
2018
15:38
49
73
2118
Virtual karabakh

Qida Təhlükəsizliyi Agentliyi Bakı Media Mərkəzi ilə memorandum imzaladı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Bakı Media Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Əməkdaşlıq memorandumuna əsasən, tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və möhkəmləndirmək niyyətlərinə əsaslanaraq, ictimaiyyətlə əlaqələrin qurulması və idarə edilməsi, müxtəlif PR xarakterli layihələrin icra edilməsi, eləcə də, Korporativ Sosial Məsuliyyət işinə töhfə vermək üçün müxtəlif birgə fəaliyyətlərinin təşkili məqsədi ilə razılığa gəliblər.

Oxu.Az-ın xəbərinə görə, tədbir Bakı Media Mərkəzinin binasında baş tutub. 

Tədbirə açılış nitqi ilə başlayan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakı Media Mərkəzi ilə qurulacaq əməkdaşlıqdan məmnunluğunu ifadə edib. 

Qida Təhlükəsizliyi sahəsində innovativ layihələrin icrasının, geniş maarifləndirmə aksiyalarının vacibliyini bildirən Qoşqar Təhməzli həyata keçiriləcək bu işlər sayəsində vətəndaşların qida məhsullarını daha şüurlu şəkildə istifadə edəcəyini bildirib.

Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinın loqosu ictimaiyyətə təqdim edilib. 

Bakı Media Mərkəzinin direktoru Orman Əliyev ictimaiyyətə təqdim etdiyi Qida Təhlükəsizliyi Agentliyinin loqosunda qida təhlükəsizliyinin əsas anlayışlarından olan qida zənciri və bərəkət rəmzi olan sünbülün elementlərindən istifadə olunduğunu diqqətə çatdırıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri