16 
Mar
2018
12:31
44
86
1252
Virtual karabakh

Ölkə iqtisadiyyatında bankların rolu azalıb

16 Mar, 2018
12:31
1252

Ölkə iqtisadiyyatında bankların rolu azalıb

Bu ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafına yönəldilən 1824,7 milyon manatlıq sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 68,1 faiz, bank kreditləri 10,9 faiz, büdcə vəsaitləri 15,0 faiz olub.

Oxu.Az Statistika Komitəsinə istinadən xəbər verir ki, sərmayələrdə əhalinin şəxsi vəsaitləri 5,4 faiz, büdcədənkənar fondların vəsaitləri 0,5 faiz, sair vəsaitlər isə 0,1 faiz təşkil edib. 

Müqayisə üçün qeyd edək ki, 2017-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatına yatırılan sərmayələrin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 77,2 faiz, bank kreditləri 11,4 faiz, büdcə vəsaitləri 8,0 faiz, əhalinin şəxsi vəsaitləri 2,7 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0,7 faiz olub.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri