17 
Mar
2018
09:45
88
191
5856
Virtual karabakh

Köhnə binalarda evlərin qiyməti qalxıb

17 Mar, 2018
09:45
5856

Köhnə binalarda evlərin qiyməti qalxıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təkrar mənzil bazarı üzrə orta qiymətlər yüksələrək 109 497 dollar təşkil edib.

Oxu.Az MBA Consulting Group şirkətinin ekspertlərinə istinadən xəbər verir ki, aylıq fərq 945 dollar – 0,86 faiz təşkil edib.

Bazar iştirakçılarının araşdırmalarına əsasən köhnə tikililərdə 1 otaqlı mənzillərin qiyməti aylıq əsasda 1,45 faiz azalıb. Nəticədə 1 otaqlı mənzillərin orta qiyməti 37 389 dollar təşkil edib. 

2 otaqlı mənzillər üzrə qiymətlər 60 308, 3 otaqlı mənzillər üzrə 104 285, 4 otaqlı mənzillər üzrə 181 277 dollar olub. 

Bazarın bu seqmentində ən çox qiymət artımı 3 otaqlı mənzillər üzrə baş verib - 4,29 faiz:

“Mənzillərin 1 Kv.m üzrə orta qiymətinə nəzər yetirdikdə aydın olur ki, 3 otaqlı mənzillərin dəyəri 0.30 faiz ucuzlaşıb. 1 otaqlı mənzillərin 1 Kv.m üzrə orta qiymət  956 ( -1.67%), 2 otaqlı mənzillər üzrə 959 ( +0.10%), 3 otaqlı mənzillər üzrə 990 ( -0.30%),  4+ otaqlı mənzillər üzrə 1138 dollar (+ 2.28%) olub”.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri