17 
Mar
2018
10:58
197
104
4093
Virtual karabakh

Ərəblər Hollivud ulduzlarının işlədiyi agentliyi satın alır

17 Mar, 2018
10:58
4093

Ərəblər Hollivud ulduzlarının işlədiyi agentliyi satın alır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanının Suveren Fondu məşhur şou biznes nümayəndələri ilə işləyən dünyanın ən böyük agentliyi “Endeavor”un səhmlərini almağa hazırlaşır. 

Oxu.Az xəbər verir ki, ərəblər “Endeavor”un səhmlərinin 10 faizinə 400 milyon dollar vəsait ödəməyəcəklər.

Alqı-satqı müqaviləsi şəhzadə Məhəmməd bin Salman Əl Saidin ABŞ-a səfəri zamanı imzalanacaq. 

Qeyd edək ki, şirkətin səhmlərini almaqla Səudiyyə Əərbistanı ABŞ-ın əyləncə sənayesinə daxil olacaq.  Çünki “Endeavour” faktiki olaraq ABŞ kinosunun, musiqisinin, idmanının və mediasının ən uğurlu nümayəndələrini təmsil edir. 

“The Wall Street Journal” yazır ki, şəhzadənin səfəri martın 19-da başlayır və iki həftə davam edəcək. 

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri