19 
Mar
2018
10:53
42
34
1706
Virtual karabakh

Mərkəzi Bank blokçeyn sisteminin yaradılması ilə bağlı tender elan edib

19 Mar, 2018
10:53
1706

Mərkəzi Bank blokçeyn sisteminin yaradılması ilə bağlı tender elan edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankı (AMB) blokçeyn əsaslı identifikasiya sisteminin yaradılması üzrə ekspert xidmətinin cəlb edilməsi (lot-1), texniki platformanın satın alınaraq qurulması (lot-2) və sözügedən sistemin formalaşdırılması (lot-3) üçün açıq tender elan edib.

Oxu.Az verir ki, iddiaçılar ilkin sənədləri aprelin 30-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə mayın 10-na qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanındakı inzibati binasına təqdim etməlidirlər.

Təkliflərə mayın 11-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. 1-ci lot üzrə işlər 3 ay ərzində, 2-ci lot üzrə işlər 6 ay ərzində, 3-cü lot üzrə işlər isə 18 ay ərzində görülməlidir. 

Qeyd edək ki, tenderdə iştirak haqqı hər lot üzrə 200 manatdır.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri