19 
Mar
2018
11:57
67
42
2288
Virtual karabakh

Hərracda tələb təklifi dörd dəfə üstələdi – YENİLƏNİB

19 Mar, 2018
11:57
2288

Hərracda tələb təklifi dörd dəfə üstələdi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı başa çatıb.

Oxu.Az xəbər verir ki, hərracda tələb 1 mlrd. 9,98 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi 4,04 dəfə üstələyib.

10:35

Mərkəzi Bank (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, bu gün keçiriləcək hibrid depozit hərracında 240 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 10 gün təşkil edir, faiz dərəcəsi 8,01% – 12,99%- dir.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri