29 
Mar
2018
14:16
306
118
6221
Virtual karabakh

Azərbaycana böyük turist axını gözlənilir

29 Mar, 2018
14:16
6221

Azərbaycana böyük turist axını gözlənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astara-Rəşt dəmir yolu açılandan sonra təkcə yüklər yox, eyni zamanda, sərnişinlər də daşınacaq. Böyük turist axını gözlənilir.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-İran biznes forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, hər il Azərbaycandan İrana, İrandan Azərbaycana yüz minlərlə insan səyahət edir:

“Dəmir yolu açılandan sonra təkcə yüklər yox, eyni zamanda, sərnişinlər də daşınacaq. Ona görə də turizm infrastrukturuna böyük investisiyalar qoyulmalıdır. Mən həm Azərbaycan, həm İran iş adamlarına müraciət edərək onları bu işlərə dəvət edirəm.

Həm İranda, həm Azərbaycanda qarşılıqlı sərmayə qoyuluşu, turizm infrastrukturuna, hotellərin tikintisinə, digər turizm infrastrukturuna qoyulacaq sərmayə əminəm ki, batmayacaq, əksinə, yaxşı gəlir gətirəcəkdir”.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri