15 
May
2014
11:42
127
40
3009
Virtual karabakh

Anar Məmmədov: Biz regionların inkişafına öz töhfəmizi veririk

15 May, 2014
11:42
3009

Anar Məmmədov: Biz regionların inkişafına öz töhfəmizi veririk

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan böyük imkanların olduğu ölkədir”.

“The Business Year” jurnalı “Garant Holding”in direktorlar şurasının sədri Anar Məmmədovdan müsahibə götürüb.

Oxu.Az həmin müsahibəni təqdim edir:  

- 2013-cü ildə “Garant Holding”in inkişafını necə dəyərləndirirsiniz?

- Sizə söyləməkdən çox şadam ki, 2013-cü il bizim tariximizə ən uğurlu və məhsuldar illərdən biri kimi yazıldı. Biz rebrendinq həyata keçirdik və holdinqin indiki adı bir çox dillərdə daha anlaşıqlıdır, müxtəlif holdinq şirkətləri ilə assosiasiya yaradır.

Yeni ad bizim məsuliyyət hissimizi daha da artırdı və yeni təşəbbüslər, layihələri həyata keçirməyə stimullaşdırdı. Biz, Azərbaycanda Pricewaterhouse Coopers tərəfindən tanınan və TÜV AUSTRİA HELLAS beynəlxalq sertifikatlaşdırma şirkətindən ISO 9001:2008 sertifikatına malik yeganə holdinqik.

2013-cü ildə digər bir nailiyyət Qubada, Azərbaycanın mərkəzi regionunda lüks sinifli “Rixos” otelinin açılması oldu. Bu kimi layihələri başa çatdırmaqla, biz, turizm obyektləri vasitəsilə Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramına öz töhfəmizi vermiş oluruq.

Layihənin holdinq üçün çox böyük əhəmiyyəti olmaqla yanaşı, Quba üçün də çox vacibdir, çünki burada infrastruktur inkişaf etdirilib, yerli sakinlər işə cəlb olunublar, onların məşğulluğu təmin edilib.  

- Holdinqin “Garant Construction” bölməsi nəyə istiqamətlənib?

- Son illərin böyük uğurlarından biri bizim “Trump Tower” layihəsini məhsuldar və sürətli bir şəkildə başa çatdırmağımız oldu. Bizim qarşılaşdığımız əsas problem binanın üslubunun Bakının ətraf memarlığı ilə razılaşdırılması, həmçinin layihənin davamlılığının təmin olunması idi. İndi isə əsas tapşırıq Bakını beynəlxalq arenada olduqca effektli şəkildə təmsil etməkdir. Bundan başqa, “Garant”ın inşaat bölməsi bir neçə böyük layihə üzərində işləri davam etdirir.

- “Garant”ın müvafiq bölməsi aqrobiznesin hansı sahələri ilə məşğul olur?

- “Garant” maliyyə sahəsindəki uğurlarından diversifikasiya üçün istifadə edərək, səylərini istehsalata, əsasən də qida məhsullarının istehsalına yönəldib.

Bizim bu sahədə atdığımız ilk addımlardan biri yerləşdiyi rayonun adı ilə adlandırılan Ucar Aqro MMC-nin yaradılması oldu. Və bu dəfə biz Azərbaycanın kənd rayonlarının inkişafı prinsipinə sadiq qalaraq, ən yaxşı personalımızı uğurun təminatına cəlb etdik.

Quş əti istehsalı ilə məşğul olan şirkətlərin sayı çox olsa da, istehlakçı tərəfindən tələbat da çox yüksəkdir. Və buna görə də, biz, bu tələbatın ödənilməsi üçün innovasiyalı texnologiyalardan istifadə etdik, nəticədə quş əti istehsalı sahəsində yeni brend yaratmış olduq.

Bizim emal sistemimizin illik istehsal gücü 17 000 090 tona (canlı çəki) bərabərdir, bir saatda 6000-dək quşun kəsilməsi imkanı mövcuddur. Biz, həm bütöv, həm də doğranılmış şəkildə təzə və dondurulmuş məhsul satacağıq. Müəssisənin yerli kənd əhalisinin işlə təminatında da böyük əhəmiyyəti var. Ümumilikdə istehsalat prosesinə 590 işçi cəlb olunub, daha 150 nəfər müəssisənin qarışıq sahələrində çalışırlar.

- Bu il İlham Əliyevin prezidentliyinin üçüncü müddəti ilə yadda qaldı. Bu, biznes-cəmiyyət üçün nə vəd edir?

- Azərbaycan böyük imkanlara, sahibkarlığın inkişafı üçün şəraitə malik ölkədir. Prezident İlham Əliyevin qayğısı və diqqəti sayəsində effektli bir şəkildə işləmək imkanımız var. Prezidentin bəyan etdiyi kimi, şəhər və rayonlarda sahibkarlığın inkişafı uğurlu milli inkişafı təmin edəcək.

O, bu istiqamətdə liberal iqtisadiyyat siyasətinin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Son illər, neft resurslarının satışından əldə olunan valyuta ehtiyatlarının ağıllı istifadəsi sayəsində hökumət iqtisadiyyatın strateji əhəmiyyət daşıyan sahələri və həmçinin bütöv iqtisadiyyatın dinamik inkişafı üçün zəruri davamlı bazaya nail ola bilib.

Neft gəlirləri dövrü buna dəstək olub və həm iqtisadi, həm də sosial sektorun formalaşması və inkişaf tendensiyalarının təşəkkül tapmasında əsas rol oynayıb. Təbii ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar bu məhsuldar mühitin sayəsində daha genişmiqyaslı fəallıq mərhələsinə qədəm qoyacaqlar.  

- Azərbaycan-Amerika Alyansının təsisçisi kimi, ölkə iqtisadiyyatının inkişafında bu ikitərəfli münasibətlərin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan-Amerika Alyansı qeyri-siyasi, qeyri-kommersiya təşkilatı olub əsas məqsədi ölkənin mədəniyyəti, tarixi və həyat tərzi barədə məlumat çatdırmaqdan ibarətdir. Alyansın missiyasına həm də Amerika və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşma və qarşılıqlı hörmətin möhkəmləndirilməsindən ibarətdir. Alyans bir neçə il ərzində ABŞ-da müxtəlif tədris və mədəni proqramlar, siyasi debatlar vasitəsilə uğurlu layihələr təşkil edib.

Bizim Xocalı qətliamı haqqında məlumatların çatdırılması üçün marrifləndirmə kampaniyamız alyansın mühüm məqsədlərindən biridir, biz, regionumuzun unikal geosiyasi həqiqətlərini daha yaxşı anlamalarına kömək etmək üçün bəşəriyyətə qarşı bu cinayətin dəhşətlərini amerikalılara çatdırmağa çalışdıq.

Bu proqram Vaşinqton və Nyu-Yorkda insanların məlumatlandırılmasına yönəlib. Ümid edirəm ki, Şimali Atlantika İttifaqının mədəni, siyasi və iqtiasdi münasibətləri daha əlverişli münasibətlərin möhkəmləndirilməsi və təşviqində mühüm rol oynayacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri