27 
Apr
2018
17:06
64
207
12784
Virtual karabakh

Azərbaycanlı pomidor istehsalçılarına bəd xəbər

27 Apr, 2018
17:06
12784

Azərbaycanlı pomidor istehsalçılarına bəd xəbər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya may ayının 1-dən Türkiyə pomidorlarına qoyduğu qadağanı aradan qaldıracaq. 

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitariya üzrə Federal Xidməti məlumat yayıb.

Xatırladaq ki, Rusiya Türkiyə ilə aralarında baş verən təyyarə böhranından sonra pomidor idxalına qadağa qoymuşdu. 

Məhz həmin müddətdə Azərbaycan fermerləri öz məhsullarını Rusiya bazarlarına çıxarıblar.

Keçən il Azərbaycan RF-yə pomidor ixracını 1,5 dəfə - 151 min tonadək (151 milyon dollar) artırıb. Belə olan halda, ölkənin Rusiya idxalının illik həcmində payı 30 faizədək (2016-cı ildə 22 faiz) çoxalıb. Cari ildə ixracın daha da artırılması nəzərdə tutulur. İqtisadiyyat Nazirliyinin açıqlamasına görə, Azərbaycan pomidor ixracı üçün subsidiyaların verilməsi imkanını da nəzərdən keçirə bilər.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri