16 
May
2018
15:31
130
42
1702
Virtual karabakh

Büdcə gəlirləri artıb

16 May, 2018
15:31
1702

Büdcə gəlirləri artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz artaraq, 4563,4 milyon manata, xərcləri isə 12,7 faiz artaraq, 4408,0 milyon manata çatıb. 

Oxu.Az xəbər verir ki, büdcənin icrasında yaranan 155,4 milyon manatlıq profisit ümumi daxili məhsulun 0,9 faizini təşkil edib. 

Daxilolmaların 19,2 faizi əlavə dəyər vergisi, 10,1 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,3 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,8 faizi fiziki şəxslərin gəlir vergisi, 2,7 faizi aksizlər, 2,0 faizi sadələşdirilmiş vergi, 2,2 faizi vergilərin digər növləri, 53,7 faizi isə vergi olmayan gəlirlər hesabına təmin olunub. 

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri