17 
May
2018
11:21
30
83
1762
Virtual karabakh

Kriptovalyutalarla bağlı əməliyyatlar vergiyə cəlb ediləcək

17 May, 2018
11:21
1762

Kriptovalyutalarla bağlı əməliyyatlar vergiyə cəlb ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kriptovalyutalarla əməliyyatlar fiziki şəxslər arasında aparılır və bunlar qeyri-sahibkarlıq fəaliyyətinə aiddir.

Oxu.Az xəbər verir ki, bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik” mövzusunda forumda Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov deyib.

O bildirib ki, vergi qanunvericiliyinə əsasən, rezident vergi ödəyicisinin gəliri Azərbaycan Respublikası ərazisində və ölkə hüdudlarındakı gəlirlərdən ibarətdir.

Qeyri-rezident vergi ödəyicisinin gəliri isə Respublikada mənbəyindən əldən edilən gəlirdən ibarətdir. Kriptovalyutalarla bağlı əməliyyatların vergiyə cəlb edilmə məsələsinə gəlincə, o qeyd edib  ki, bu əməliyyatlar fiziki şəxslər arasında aparılır və qeyri-sahibkarlıqdan əldə edilən gəlirlərə daxil edilir.

“Həmin şəxslər vergi orqanlarında uçota durmalı, VÖEN almalı, bəyannamə təqdim etməli və dövlət büdcəsinə vergi verməlidirlər”.

Leyla Əliyeva
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri