19 
May
2018
19:55
220
32
2874
Virtual karabakh

“Aqrolizinq” sədri: Fermerlərin şikayətləri minimum olmalıdır

19 May, 2018
19:55
2874

“Aqrolizinq” sədri: Fermerlərin şikayətləri minimum olmalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aqrolizinq”in regional nümayəndəlikləri barədə fermerlər tərəfindən şikayətlər minimum olmalıdır.

Oxu.Az xəbər verir ki, bunu “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Seymur Mövlayev taxıl biçininin vaxtında, itkisiz və mütəşəkkil təşkili ilə bağlı keçirdiyi müşavirədə bildirib.

O qeyd edib ki, vətəndaşların hüquqları pozulmamalı, bütün kombaynlar ehtiyat hissələri ilə təmin olunmalıdır:

“Hər bir kombaynın biçin potensialı təhlil edilməli və dəqiq olmalıdır. Fermerlərə lazımi informasiya verərək maarifləndirmək lazımdır. Bunlar bizim fəaliyyət prinsiplərimizdir.

Bütün risklər aradan qaldırılmalıdır. Əsas məqsədimiz isə taxıl biçinini vaxtında və itkisiz həyata keçirməkdir”.

Məlum olub ki, taxıl biçini mövsümünü daha mütəşəkkil keçirmək məqsədilə daxili qərargah yaradılıb. Qərargah taxıl biçini mövsümü ərzində mütəmadi olaraq biçinin vəziyyəti barədə monitorinq aparacaq, kombaynların dəqiq dislokasiyasını təmin edəcək və nasazlıqların aradan qaldırılmasını operativ qaydada həll edəcək.

Eyni zamanda, fermerlərin taxıl biçini ilə əlaqədar aidiyyəti qurumlara və ASC-nin çağrı mərkəzinə daxil olan müraciətlərinin operativ araşdırılması, həll edilməsi və müvafiq tədbirlər görülməsi üçün qərargahda cəmiyyətin mütəxəssislərindən ibarət növbəli iş qrafiki tərtib olunub.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri