21 
May
2018
16:56
111
31
1995
Virtual karabakh

STAR üçün ilk neft Azərbaycandan nəql olunacaq

21 May, 2018
16:56
1995

STAR üçün ilk neft Azərbaycandan nəql olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

STAR üçün ilk neft yükü  bu il iyun ayının sonunda Azərbaycandan gətiriləcək. Bununla bağlı müqavilə də imzalanıb. İyul ayının 3-cü həftəsində isə zavodun xam neft qurğusu istismara veriləcək.

Oxu.Az xəbər verir ki, bunu “STAR Rafineri A.Ş”nin baş direktoru Mesut İlter bildirib.

O qeyd edib ki, fiziki işlərin 99,1%-nin yerinə yetirildiyi zavoda indiyədək 5,2 mlrd. dollar sərf edilib:

“Zavod oktyabrın əvvəlində istismara veriləcək və ümumilikdə, xərclənən vəsaitin məbləği 6,3 mlrd. dollara çatacaq”. 

Mesut İlter neftin qiymətinin 100 dollar təşkil edəcəyi ilə bağlı proqnozlara da münasibət bildirib.

Onun sözlərinə görə, neftin dəyəri 60-75 dollar arasında qalacaq. Bu qiymət həm istehsal qaynaqlarını dəstəkləyir, həm də istehlakçılara mənfi təsir etmir. 

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri