24 
May
2018
20:42
152
23
1632
Virtual karabakh

Azərbaycanda avro ilə əməliyyatların həcmi azalıb

24 May, 2018
20:42
1632

Azərbaycanda avro ilə əməliyyatların həcmi azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin I rübündə ölkənin valyuta bazarında qeyri-nağd əməliyyatların həcmi artıb.

Oxu.Az xəbər Mərkəzi Banka istinadən verir ki, qeyri-nağd valyuta bazarında aparılan əməliyyatların həcmi 4.8 mlrd. ABŞ dollar ekvivalentində olub.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.2% çoxdur. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 84%-i ABŞ dollarında, 16%-i digər valyutalarda aparılıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 12.4% artıb. Avro ilə əməliyyatların həcmi isə 12.1% azalıb.

Qeyd edək ki, qeyri-nağd valyuta əməliyyatlarının 29%-i banklararası valyuta bazarında (BVB), 71%-i isə bankdaxili valyuta bazarında (BDVB) aparılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri