26 
May
2018
12:40
24
110
3361
Virtual karabakh

Bitkoin dövrə vurur

26 May, 2018
12:40
3361

Bitkoin dövrə vurur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bitkoinin dəyəri yarım il ərzində tam dövr edib və yaxın vaxtlarda 8-10 min dollar təşkil edəcək.

Oxu.Az xəbər verir ki, belə bir proqnozla “Cointelegraph”ın analitikləri çıxış edib.

Ekspertlərə görə, ilin birinci yarısında kriptovalyutanın dəyəri müxtəlif qiymətlər ətrafında dövr etsə də artıq stabilləşməkdədir:

“2017-ci ilin noyabrdan dekabrına qədər bitkoinin qiyməti 8 min dollardan 20 min dollara yüksəlib. 2018-ci ilin may ayının sonuna artıq bitkoin 7,5-8 min dollar səviyyəsinə qayıdıb. Hazırkı şəraitdə bitkoin özünün diapazonundadır”.

O da qeyd edilir ki, bazarda bitkoinin dəyərinin kəskin bahalaşmasını şərtləndirən amillər yoxdur. 

Bununla belə bu birjanın aparıcı analitiki Meti Qrinspen hesab edir ki, kriptovalyuta bazarı eniş yaşamır:

“Virtual valyuta bazarının ümumi kapitalizasiyası ötən illə müqayisədə 330 faiz artıb. Düzdür, bu  pik həddin yaşandığı dövrdəki  kimi yüksək göstərici deyil. Ancaq hər hansı aktiv üçün yaxşı haldır”.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri