12 
İyn
2018
09:37
258
27
2877
Virtual karabakh

Bu gün TANAP-ın açılış mərasimi keçiriləcək

12 İyn, 2018
09:37
2877

Bu gün TANAP-ın açılış mərasimi keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Əskişəhər şəhərində Azərbaycan qazını Türkiyəyə, oradan isə Avropaya aparacaq TANAP qaz boru kəmərinin açılış mərasimi keçiriləcək. 

Oxu.Az xəbər verir ki, açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, digər ölkələrin dövlət və hökumət rəhbərləri, energetika nazirləri, enerji şirkətlərinin rəhbərləri iştirak edəcəklər. 

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir.

TANAP vasitəsilə “Şahdəniz” yatağının işlənməsinin ikinci fazasından Türkiyə və Avropaya qaz ixracı nəzərdə tutulur. İlkin mərhələdə TANAP vasitəsilə il ərzində 16 milyard kub metr qaz ixrac olunacaq. 

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri