13 
İyn
2018
17:27
56
30
3452
Virtual karabakh

Nəyin istehsalı azalır, nə artır?

13 İyn, 2018
17:27
3452

Nəyin istehsalı azalır, nə artır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin ilk beş ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 19,2 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilib.

Qeyri-neft sektorunda məhsul istehsalı 7,6 faiz artıb, neft sektorunda isə 0,3 faiz azalıb.

Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, sənaye məhsulunun 73,2 faizi mədənçıxarma sektorunda, 22,0 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Dövr ərzində istehsalı artan sahələrlə yanaşı, azalan istiqamətlər də olub. 

İstehsalın artdığı sahələr

- avtomobil, qoşqu və yarımqoşquların istehsalı 16,1 dəfə,

- tütün məmulatlarının istehsalı 2,6 dəfə,

- poliqrafiya məhsullarının istehsalı 2,2 dəfə,

- hazır metal məmulatlarının istehsalı 2,0 dəfə,

- mebel istehsalı 96,8 faiz,

- elektrik avadanlıqlarının istehsalı 96,2 faiz,

- dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 95,6 faiz,

- toxuculuq sənayesi məhsullarının istehsalı 61,4 faiz,

- tikinti materiallarının istehsalı 40,4 faiz,

- metallurgiya sənayesi məhsullarının istehsalı 18,4 faiz,

- geyim istehsalı 11,4 faiz,

- əczaçılıq məhsullarının istehsalı 3,7 faiz.

 İstehsalı azalan məhsullar

- kimya sənayesi məhsullarının istehsalı 0,8 faiz,

- ağacın emalı və ağacdan məmulatların istehsalı 1,9 faiz,

- içkilərin istehsalı 4,5 faiz,

- qida məhsullarının istehsalı 5,1 faiz,

- kompüter, elektron və optik məhsulların istehsalı 5,7 faiz,

- maşın və avadanlıqların istehsalı 9,9 faiz,

- maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 21,4 faiz,

- rezin və plastik kütlə məmulatlarının istehsalı 28,3 faiz,

- sair nəqliyyat vasitələrinin istehsalı isə 62,5 faiz.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri