14 
İyn
2018
10:48
8
196
3108
Virtual karabakh

AMB sədri kredit faizlərinin yüksək olmasının səbəbini açıqladı

14 İyn, 2018
10:48
3108

AMB sədri kredit faizlərinin yüksək olmasının səbəbini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bankların verdiyi kredit faizlərinin yüksək olması makroiqtisadi səbəblərdən qaynaqlanmır.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, kreditlər üzrə faiz dərəcələrinin yüksək olmasının səbəblərini digər şərtlərdə axtarmaq lazımdır.

“Kreditlərə olan tələb və təklif nisbəti müəyyənləşdirilməlidir. Mən burada sağlam tələb və təklifi nəzərdə tuturam. Bilirsiniz ki, bank sektoru kredit verəndə risklərini qiymətləndirmək istəyir.

Makroiqtisadi sabitlik siyasəti, monetar şəraitin normallaşdırılması tədbirləri davam etdiriləcək. Müvafiq qurumlarla birlikdə kreditlərin eko sistemi və risklərin aradan qaldırılması istiqamətində addımlar atmalıyıq.

Bundan sonra yaxın gələcəkdə biz kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması, xüsusilə bazarın təklif etdiyi ipoteka kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyə düşməsindən daşına bilərik. Bunun üçün çox işlər görməliyik”, - deyə MB sədri qeyd edib.

Leyla Əliyeva
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri