20 
İyn
2018
16:03
26
223
9856
Virtual karabakh

Avtomobil bazarında kəskin artım

20 İyn, 2018
16:03
9856

Avtomobil bazarında kəskin artım

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana ümumilikdə 7 294 ədəd avtomobil idxal olunub.

Oxu.Az gömrük statistikasına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil idxalı 2,97 dəfə artıb.

Qeyd edək ki, hesabat dövründə təkcə Gürcüstandan Azərbaycana 2 786 ədəd avtomobil idxal edilib.

Bu ölkədən idxal olunmuş avtomobillərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə beş dəfə çox olub.

Nəzərə çatdıraq ki, avtomobil idxalının artımı bazarda qiymətlərin azalmasını deyil, əksinə, yüksəlməsini şərtləndirib. 

Ekspert araşdırmalarına görə, ay ərzində bazar üzrə orta qiymət 22,728 manat olub. Orta qiymətlər ilin əvvəli ilə müqayisədə 2.5 faiz artıb.

Məlum olur ki, benzinlə hərəkət edən avtomobillərin orta qiyməti 22,263 manat, dizellə hərəkət edən avtomobillərin orta qiyməti 26,617 manat olub. Qiymət artımı, əsasən, benzin mühərrikli avtomobillərdə olub və 4.3 faiz təşkil edib.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri