21 
İyn
2018
15:38
62
17
1942
Virtual karabakh

İpoteka predmetinin satışına dair prosedur müəyyənləşib

21 İyn, 2018
15:38
1942

İpoteka predmetinin satışına dair prosedur müəyyənləşib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsi barədə qərar verib.

Oxu.Az xəbər verir ki, qərara əsasən, bundan sonra daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə 5 min 500 manatdan artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçiriləcək.

İpoteka predmetinin satışına dair prosedur da müəyyənləşib. İpoteka saxlayanın razılığı ilə, o cümlədən ipoteka saxlayanla ipoteka qoyanın notariat qaydasında təsdiq edilmiş razılaşması üzrə ipoteka predmeti satılarkən, əldə olunan vəsait notariusun depozit hesabı vasitəsilə qanunvericiliyə uyğun olaraq bölüşdürüləcək.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri